Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İslamiadadakı bayraqdarımız müəyyənləşdi -AÇIQLAMA

 

rafael agayev

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bayraqdarı müəyyənləşib.

Yenixeber.org:  Bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, mayın 12-də keçiriləcək açılış mərasimində nümayəndə heyətinin önündə karateçi Rafael Ağayev gedəcək.

Lakin Ç.Hüseynzadə bayraqdarın dəyişilə biləcəyini istisna etməyib: “Mən Rafaelin özü ilə də danışmışam. Açılış mərasiminin ertəsi – mayın 13-də Ağayev çıxış edəcək. Bunu nəzərə alaraq bayraqdarın dəyişilmə ehtimalı var. Amma 90 faiz Rafaeldir. Burada komandaya ziyan dəyəcək məqam olsa, ola bilər onu dəyişək”.

R.Ağayev isə “Report”a bayraqdar olacağını Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovdan eşitdiyini söyləyib.

32 yaşlı idmançı bu missiyanı yerinə yetirməyə hazır olduğunu vurğulayıb: “Artıq İslamiadaya tam hazıram. Açılış mərasiminin ertəsi döyüşə çıxmağımda heç bir problem yoxdur. Bayraqdar olmaq şərəfi hər adama nəsib olmur. Belə şərəfli missiyanı mənə həvalə edirlərsə, can-başla yerinə yetirməyə hazıram”.

Qeyd edək ki, Rafael Ağayev 5 qat dünya və 10 qat Avropa çempionudur. O, “Bakı 2015″ I Avropa Oyunlarında da qalib olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam