Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Tanınmış alim Rəfiqə Əliyeva vəfat edib

Azərbaycanın tanınmış alimi, kimya elmləri doktoru, professor Rəfiqə Əliyeva vəfat edib.

Yenixeber.org: Bu barədə AzVision.az-a Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli məlumat verib.

Onun sözlərinə görə, Rəfiqə Əliyeva ilə vida mərasimi sabah AMEA-nın dairəvi zalında keçiriləcək.

Qeyd edək ki, akademik Rəfiqə Əliyeva 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. 1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirib. 1970-ci ildə kimya sahəsi üzrə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.

R.Əliyeva Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının professoru olub. O, “Şöhrət” ordeni və müxtəlif mükafatlara layiq görülüb.

Rəfiqə Əliyeva 2014-cü ilin iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi üzv seçilib.

Xatırladaq ki, Rəfiqə Əlirza qızı Əliyeva ulu öndər Heydər Əliyevin bacısı, prezident İlham Əliyevin bibisidir.

O, məşhur modelyer Fəxriyyə Xələfovanın anasıdır.

Allah rəhmət eləsin!

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam