Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Ölkəni qoruyacağam, biz qorxuya təslim olmayacağıq” -Fransanın yeni prezidenti

 “Fransanın prezidenti olduğum dövrdə dünyada ölkənin mənafeyini qoruyacağam”.

Yenixeber.org:  Məlumata görə, Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron tərəfdarları qarşısında çıxış edərkən deyib.

Makron az gəlirli kütlənin dəstəklənməsi, vətəndaşlar üçün iş və təhlükəsizliyin təmin edəcəyini vurğulayıb. O, ölkəni təhdidlər qarşısında qoruyacağını və ölkə xalqının birliyini təmin edəcəyini vəd edib.

"Biz qorxuya təslim olmayacağıq, biz təfriqəyə təslim olmayacağıq, mən təvazökarlıqla və qüdrətlə sizə xidmət edəcəyəm. Mən Respublika, Azadlıq, Bərabərlik və Qardaşlıq prinsiplərinə sadiq qalacağam. Bizim vəzifəmiz böyükdür. Ölkənin ümid etdiyi və layiq olduğu dəyişiklikləri aparacağıq".

Xatıradaq ki, Makron səslərin 66,6%-ni qazanaraq rəsmən bu ölkənin yeni prezidenti seçilib.

Fransa Daxili İşlər Nazirliyi səslərin 11,5% boş və ya korlanmış sayıldığını elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam