Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Həkimin əl-qolunu bağlayıb evini soydular -Biləsuvarda (VİDEO)

 

2017020220523013558

Biləsuvarda naməlum şəxslər həkimin evini qarət ediblər.

Yenixeber.org:  “ARB TV” xəbər verir ki, hadisə rayonun Tofiq İsmayılov küçəsində Göyçək İbrahimovaya məxsus fərdi yaşayış evində baş verib. Ev sahibinin sözlərinə görə, axşam saatlarında 2 nəfər maskalı şəxs onun bayıra çıxan azyaşlı nəvələrini tutublar. Daha sonra evə daxil olan maskalılar Göyçək İbrahimova ilə əlbəyaxa olaraq qolları və ayaqlarını kəndirlə bağlayıb evdə axtarış aparıblar.

Zərərçəkən bildirib ki, naməlum şəxslər evdən 2 min manata yaxın nəğd pul və qızıl zinət əşyalarını götürərək oranı tərk ediblər. Hadisədən səhər saatlarında xəbər tutun qonşular ev sahibi və nəvələrinə yardım ediblər.
Məsələ ilə bağlı Biləsuvar rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda cinayəti törədənlərin tapılması istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Göyçək İbrahimova Biləsuvar Mərkəzi rayon xəstəxanısının laboratoriya-analiz şöbəsində çalışır.

.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam