Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bu gün Tramp müsəlman ölkələrin regional sammitində çıxış edəcək –Səudiyyə Ərəbistanında

ABŞ prezidenti Donald Tramp bu gün Ər-Riyadda müsəlman ölkələrin regional sammitində çıxış edəcək. 

Yenixeber.org:  Sammitdə Səudiyyə kralı Salmanla yanaşı, 50-dən çox lider iştirak edir.

Gözlənir ki, Tramp ekstremizm və dözümsüzlüklə mübarizədə vahid mövqe sərgiləməyə çağıracaq. “Associated Press” xəbər agentliyi nitqin mətnini əldə edib.

Bu çıxış ABŞ prezidentinin ilk xarici səfərinin əsas məqamı sayılır və diqqətlə izlənəcək. Çünki prezident kampaniyası dövründə Tramp müsəlmanlara qarşı çıxışlarıyla diqqət çəkib. O, daha sonra 7 müsəlman ölkəsindən gələnlərin ölkəsinə girişinə müvəqqəti qadağa qoymağa çalışıb, amma alınmayıb. Səudiyyə Ərəbistanı həmin siyahıya daxil deyil.

Gözlənir ki, Tramp bugünkü çıxışında müsəlman dünyasında radikallığa qarşı mübarizədə birliyə çağıracaq. Nitqdə “radikal islamçı terror” sözlərinin olmadığı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam