Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Dünyadakı qaçqınların sayında rekord artım -HESABAT

 

2016-cı ildə hərbi konfliktlər və təbii fəlakətlər nəticəsində öz yerlərini tərk edən insanların sayı 31,1 milyon nəfərə çatıb. 

Yenixeber.org:  Bu barədə Norveç Qaçqınlar Şurasının hesabatında məlumat verilib.

 

Qaçqınların 922 min nəfəri Konqo Demokratik Respublikasında baş verən münaqişələrə görə qaçqın düşüb. 2016-cı ilin digər liderləri arasında Suriya (824 min nəfər), İraq (659 min nəfər), Əfqanıstan (653 min nəfər), Nigeriya (501 min nəfər) və Yəmən (478 min nəfər) yer alıb.

 

Ötən il qaçqın düşən 6,9 milyon insandan 2,6 milyonu Sahara səhrasından cənubda yaşayır.

 

Təbii fəlakətlərə görə öz yurd-yuvalarından didərgin düşən sakinlərin sayına görə isə Çin (7,4 milyon) ilk pillədədir. Fillipin (5,9 milyon), Hindistan (2,4 milyon) və İndoneziya da (1,2 milyon) bu göstəriciyə görə liderlər arasındadır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam