Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Sədr müavini işdən çıxarıldı -Vəzifəsinin icrasında nöqsanlara yol verib

 

zamiq

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Zamiq İsmayılov bu gün tutduğu vəzifədən azad olunub.

Yenixeber.org:  Buna səbəb onun vəzifəsinin icrasında yol verdiyi nöqsanlar olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilib.
Zamiq İsmayılov əmək fəaliyyətinə 1997-ci ildə “Xəzərdənizneftdonanma” İdarəsinin gəmilərində kapitanın köməkçisi kimi başlayıb. 2000-ci ildən BUE Caspian Limited şirkətinin Bakı və İstanbul şəhərlərində yerləşən “Ran Shipping” və “Hilal Shippinğ” şirkətlərinin gəmilərində kapitan köməkçisi və kapitan, 2003-cü ildən Maersk Contractors Servisez şirkətində əməliyyat menecerinin köməkçisi, 2005-ci ildən BP-Group Azərbaycan şirkətində dəniz əməliyyatları üzrə qrup rəhbəri, 2013-cü ildən Kaspian Marin Servisez Limited şirkətinin Azərbaycan filialında baş əməliyyat meneceri, 2014-cü ildən isə həmin şirkətin direktoru vəzifələrində çalışıb.

mynews.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam