Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

MTN-dən PULLA “ADAM ÇIXARAN” AZADLIQDA! –MƏHKƏMƏ QƏRARI

 

akif-covdarov-azpolitika-710x4011

Şirkət rəhbərini sabiq Milli Təhlükəsizlik Nazirliyinin əlindən xilas etməsi ilə bağlı vəd verən və buna görə də dələduzluq etməkdə təqsirləndirilən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yenixeber.org:  Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə N.Quliyevin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. N.Quliyev məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında N.Quliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Namiq Quliyev gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-nin direktoru Arif Həsənova qarşı dələduzluq edib. Arif Həsənov “MTN işi”ndə də zərərçəkmişdir.

Məlum olub ki, Akif Çovdarov və adamları Arif Həsənovu müflis edərkən, Namiq Quliyev onu bu vəziyyətdən qurtarmağa söz verib. Buna görə Arif Həsənovdan 87 min dollar alıb.

Namiq Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam