Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Sabah jurnalist Əfqan Muxtarlının məhkəməsi olacaq

Jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin seçilməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsi baxacaq.

Yenixeber.org:  Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Vəkil deyir ki, jurnalist barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar əsaslı deyil: “Biz şikayətimizdə həmin qərarın ləğv edilməsini tələb etmişik. Ədalətli məhkəmə baxışı olarsa, həmin qərar ləğv edilməlidir”,-deyə vəkil bildirib.

Apellyasiya şikayəti İlqar Murquzovun sədrlik etdiyi heyətin icraatına verilib. Şikayətə sabah, iyunun 6-da saat 12:30-da baxılacaq.

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam