Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İcra başçısının ailəsində faciə –Daha bir qardaşı qəzada öldü

 

1496736227_lutfelibabayev

Zərdab rayon icra başçısı Lütvəli Babayevin qardaşı Əliağa Babayev Rusiyada yol qəzasında həyatını itirib.

Yenixeber.org:  BakuPost.az-ın əldə etdiyi xəbərə görə, Ə.Babayev Novosibirsk şəhərindən 50 kilometr aralıda avtomobil qəzası törədib və dünyasını dəyişib.

Məlumata görə, o, Rusiyada bizneslə məşğul olurdu. 1978-ci ildən Novosibirskdə yaşayan Əliağa Babayevin cənazəsi iyunun 7-də Mingəçevirə gətiriləcək.

Yada salaq ki, ötən il icra başçısının bacısı və nəvələrinin olduğu avtomobil Ucar rayonu ərazisində yol qəzası tödərib. “Toyota” markalı avtomobillə törədilən qəzada başçının bacısı Kamilə Babayeva ilə yanaşı, yeznəsi və qızı olub. Yaralılar xüsusi vertolyotla Bakıya gətiriliblər.

İcra başçısının Babaş Babayev adlı qardaşı isə 15 il əvvəl Ağsu aşırımında baş verən ağır qəzada ölüb.

Onun digər qardaşı Hacı Xanəli Babayev isə Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Mingəçevir şəhərinin axundudur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam