Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

ABŞ-ın Enerji İnformasiya Administrasiyası:"Qlobal neft istehlakı artacaq"

Bu il neft və digər maye yanacaqların qlobal istehlakı sutkada 98,46 milyon barrel olacaq.

Yenixeber.org:  Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, 2018-ci ildə isə qlobal istehlak gündəlik 100,08 milyon barrel təşkil edəcək.

Mayda neft və digər maye yanacaqların qlobal istehlakı sutkada 98,3 milyon barrel olub, 2018-cu ilin müvafiq ayında isə bu göstərici gündəlik 99,93 milyon barrel olacaq.

Neft və digər maye yanacaqların qlobal istehlakı 2016-cı ildə sutkada 96,92 milyon barrel təşkil edib.

EIA-nın proqnozuna görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmayan ölkələrdə maye yanacaq istehlakı 2016-cı ildə sutkada 50,07 milyon barrel olub. Həmin ölkələrdə maye yanacaq istehlakı bu il sutkada 51,32 milyon barrelə, 2018-ci ildə isə gündəlik 52,58 milyon barrelə çatacaq.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə isə maye yanacaq istehlakı 2016-cı ildə sutkada 46,85 milyon barrel təşkil edib. Cari ildə OECD üzrə maye yanacaq istehlakı sutkada 47,14 milyon barrel və 2018-ci ildə isə gündəlik 47,5 milyon barrel olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam