Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Rusiya Qətər ətrafında yaranan vəziyyətdən narahatdır" -Rusiya XİN başçısı

lavrov

 

"Qətərlə əlaqələri kəsmək barədə atılan addımları narahatlıqla qarşılayırıq"

 

Yenixeber.org:  RİA “Novosti”-yə istinadən məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə Moskvada keçirdiyi görüşdə bildirib.

“Ərəb dünyasında vəziyyətin kəskin gərginləşməsi görüşümüzün əsas mövzusu olacaq. Bu gərginliyi, Qətərlə əlaqələri kəsmək barədə ərəb dövlətləri tərəfindən atılan addımları narahatlıqla qarşılayırıq”, – deyə S. Lavrov vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir.

Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqalla Çad isə bu ölkədəki səfirini geri çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam