Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Sanki kirayə haqqı yığırlar” -Deputatdan MTK-lara etiraz

“Yeni hündürmərtəbəli binalarda mənzil-tikinti şirkətləri kommunal xərcləri yığırlar. Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır. Sanki kirayə haqqı ödənilir”.

Yenixeber.org:  Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən növbədənkənar iclasında Mənzil Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, birbloklu mənzillərdə mühafizəçiyə ehtiyac yoxdur:

“Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. Mənzil-Tikinti Kooperativləri (MTK) binadakı təmizlik işlərinə baxırlar. Bir də, 5-7 ildənbir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alınır”.

Digər deputatlar da MTK-ların sakinlərdən pul yığmasına etiraz edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam