Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Həmsədrlərin regiona səfərindən heç nə gözləmirəm” -Ziyafət Əsgərov

ziyafet-esgerov

 

“ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyəti üzərindən atırlar. Deyirlər ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlsinlər, biz də bunu dəstəkləyək. Ona görə də Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərlərindən heç nə gözləmirəm”.

Yenixeber.org:   Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Vitse-spiker deyib ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gələ bilsəydilər, ATƏT-in Minsk qrupuna ehtiyac qalmazdı: “Həmsədrlər Ermənistana işğalçı olduğunu, torpaqları azad etməli olduğunu bildirməlidir. Bunu demirlərsə, həmsədrlərdən heç nə gözləmirəm”.

Z. Əsgərov qeyd edib ki, ermənilər həmsədrlər regiona səfər edərkən hər zaman atəşkəsi pozublar, təxribatlar törədiblər: “İndi də belə təxribatlar törədirlər və deyirlər ki, Azərbaycan atəşkəs rejimini pozur. Bu, həm bizə, həm də həmsədrlərə bəllidir. Lakin nəyə görə həmsədrlər bu təxribatlara cavab vermirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam