Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Erməni separatçılarının hərəkəti təxribatdır” –Rusiyalı deputat

 

savvvleyev

“Dağlıq Qarabağdakı erməni separatçılarının bu hərəkətini ancaq açıq təxribat kimi qiymətləndirmək olar”.

Yenixeber.org:  Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Ermənistan ordusunun Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində biri azyaşlı körpə olmaqla, 2 nəfərin öldürülməsi, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.

D. Savelyev bildirib ki, G-20 sammiti öncəsi Qarabağ separatçılarının bu cür fəaliyyətini ancaq açıq təxribat kimi qiymətləndirmək olar: “Hansı ki, bunun qurbanı günahsız dinc sakinlər, o cümlədən körpə oldu. Bu fakt beynəlxalq ictimaiyyət tərəfindən müvafiq qiymətini almalıdır və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn səylər artırılmalıdır. Beynəlxalq hüquq normaları işləməlidir, Azərbaycanın ərazi bütövlüyü ən qısa müddətdə bərpa edilməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam