Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"ATƏT-də islahatlar aparılmalıdır" -Belarus Prezidenti

Münaqişələrin həllində səyləri artırmaq üçün ATƏT-də islahatların aparılması vacibdir.

Yenixeber.org:  Bu fikri Belarus Prezidenti Aleksandr Lukaşenko ATƏT PA-nın rəhbəri ilə görüşündə çıxışı zamanı deyib.

A.Lukaşenko bildirib ki, ATƏT baş verən insidentlərə, münaqişələrə dərhal reaksiya verməlidir və bu çox yüksək səviyyədə, ATƏT-ə üzv olan ölkələrin dövlət rəhbərləri səviyyəsində edilməlidir. O deyib: “Görün son vaxtlar Avropa və digər ölkələrdə hansı neqativ hadisələr baş verib. ATƏT-ə üzv olan ölkə rəhbərləri hansı reaksiyaları veriblər? Heç bir reaksiya verilməyib. Avropada müharibə gedir – reaksiya yoxdur. Bu o deməkdir ki, ATƏT kimi təşkilatda problem mövcuddur”.

Belarus Prezidentinin sözlərinə görə, bu “xəstəliyi” öncədən müayinə edib, həll etmək lazımdır.

A.Lukaşenko hesab edir ki, bu gün ATƏT-in baş verən münaqişələrin həllinə təsir imkanını artırmaq hədəfi qoyulmalıdır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam