Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Zakir Həsənov amerikalı həmkarına başsağlığı verdi

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Missisipi ştatının Leflor əyalətində Dəniz Piyadaları Korpusuna məxsus KC-130 təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması ilə bağlı Amerika Birləşmiş Ştatlarının Müdafiə katibi  Ceyms Mattisə başsağlığı ünvanlayıb.

Yenixeber.org:   Nazirliyin mətbuat xidmətinə istinadən xəbərə görə, başsağlığında bildirilir: “Missisipi ştatının Leflor əyalətində Dəniz Piyadaları Korpusuna məxsus KC-130 təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən sarsıtdı.

Biz bu faciəli hadisədən çox kədərlənirik.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam