Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Absheron City”dən daha bir fırıldaq -ŞİKAYƏT VAR

“Absheron City”dən daha bir fırıldaq 
Xırdalanda yerləşən “Absheron City” Yaşayış Kompleksində bəzi sakinlərin elektrik enerjisi ilə təminatı qanunsuz olaraq dayandırılıb.

Yenixeber.org:   Bu barədə “Qafqazinfo”ya bina sakini Nicat Abdullayev məlumat verib. O qeyd edib ki, mənzili 2016-cı ilin aprelində alıb: 

“Amma həmin evdə 2016-cı ilin noyabr ayından yaşamağa başlamışam. Lakin MTK mənə aprel ayından başlayaraq borc hesablayıb və indi də həmin borcu ödəməyi tələb edir. Sosial vəziyyətimin nəzərə alınmasını xahiş etsəm də, buna məhəl qoyan yoxdur. Bu səhər pulu yığan şəxsə, “komendata” pulumu bölməyi təklif etdim. Onlar gülərək dedilər ki, 10 AZN nə puldu ki?” 

N. Abdullayev əlavə edib ki, problemlə bağlı həm Abşeron Rayon İcra Hakimiyyətinə, həm də “Azərişıq” ASC-yə məlumat verib: 

“Hər iki qurum MTK-nın bu qanunsuz hərəkətinə qarşı çarəsiz olduqlarını dedilər. Hətta mənə məhkəməyə müraciət etməyi də məsləhət gördülər. MTK-da bütün sakinlərin elektrik sayğacı qıfılla bağlanılmış yerdə saxlanılır. Sakinlərin sayğacla təması bu yolla tamamilə kəsilib”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam