Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Son iki ayda Azərbaycandan Hepatit C virusu ilə müraciət edən 11 nəfəri müalicə etmişik” -İran səhiyyə nazirinin xüsusi nümayəndəsi

 

“Azərbaycan Respublikasından Təbriz xəstəxanalarına hər gün vətəndaşlar müxtəlif xəstəliklərlə bağlı müraciət edirlər”.

Yenixeber.org: APA-nın xəbərinə görə, bunu İran səhiyyə nazirinin xüsusi nümayəndəsi, Təbriz Tibb Universitetinin rektoru, doktor Məhəmmədhüseyn Somi Təbrizdə səfərdə olan Azərbaycan media nümayəndələri ilə görüşündə deyib.

M. Somi Bakıya tez-tez səfər etdiyini deyərək, iki ölkə arasında səhiyyə sahəsində münasibətlərin inkişaf etdiyi deyib. O bildirib ki, Azərbaycan vətəndaşları Təbriz xəstəxanalarına, əsasən, Hepatit C, qaraciyər xəstəlikləri və hamiləlik problemləri ilə bağlı müraciət edirlər: “Təsadüfi deyil ki, son iki ayda Azərbaycandan 11 nəfər Hepatit C virusu ilə bağlı bizə müraciət edib. Biz onları müalicə etmişik, onlar tam şəkildə sağalıblar”.

M. Somi son vaxtlar Azərbaycan səhiyyəsinin inkişaf etdiyi, müasir avadanlıqlarla təchiz edildiyini də vurğulayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam