Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Əvəz Qocayevin büdcədən çırpışdırdıqları GÖRÜN HARA XƏRCLƏNİR... -İLGİNC FAKT

“Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayev paytaxtın 7-ci mikrorayon ərazisi Cəfər Xəndan küçəsində nəhəng bir obyektin tikintisinə start verib.
Yenixeber.org: Redaksiyamıza məlumat verən mənbələr bildirir ki, həmin küçədəki bir çox obyektlər məhz Əvəz Qocayevə məxsusdur. Əvəz Qocayevin tikintiyə başlamağa hazırlaşdığı yer əsasən “Ocaq” restoranının ərazisinə düşür.
Yəni dövlət məmuru bir obyektini söküb, yerində bir başqasını tikəcək. Artıq həmin ərazi söküntü üçün hasarlanıb. Bu işlərə məmurun biznes şəriklərindən olan Namiq adlı şəxs rəhbərlik edəcək.
Bizim Namiq müəllimlə əlaqə saxlayıb vəziyyətlə bağlı ətraflı məlumat almaq cəhdlərimiz alınmadı. Əvəz Qocayevin adı indiyə qədər bir çox korrupsiya əməllərində hallanıb.
Onu hətta “Azəravtoyol” un “qara kassa”sı da adlandırırlar. Təbiidir ki, bir məmur aldığı əməkhaqqı ilə özünə belə səltənət yarada bilməz. Yəqin Əvəz Qocayev korrupsiya yolu ilə əldə etdiyi külli miqdarda vəsaiti bu üsulla biznesə yatırıb, leqallaşdırmaq istəyir. Həmin ərazidən çəkilən videonu təqdim edir:(azinforum.az)




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam