Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

324 min vergi borcu var, özünə yeni villa tikir – Baba Rzayevin qardaşı barədə FAKTLAR/FOTOLAR

324 min vergi borcu var, özünə yeni villa tikir – Baba Rzayevin qardaşı barədə FAKTLAR
Yenixeber.org: Ölkənin aparıcı şirkətlərindən biri olan "Göknur Bakı LTD" MMC-nin (VÖEN-1500023181) dövlət büdcəsinə böyük həcmdə - 323 min 844 manat 11 qəpik (26.01.2022-ci il tarixə olan məlumat) vergi borcu var.
"Göknur Bakı LTD" MMC-nin rəhbəri Rahib Hüseynağa oğlu Rzayev "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevin qardaşıdır.

Maraqlıdır ki, dövlət büdcəsinə 324 min manat vergi borcu olan Rahib Rzayev bu yaxınlarda Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində ümumi sahəsi 713 kv. metr olan ərazidə 7 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlayıb.

Məlumat üçün onu da qeyd edək ki, "Göknur Bakı LTD" MMC-nin hüquqi ünvanı "Nərimanov rayonu, Ziya Bünyadov  ev 11, məhəllə 2062”da yerləşir. Qeyd olunan ünvanda "Azərenerji” sədrinin digər bir qardaşı  Emin Rzayevin rəhbərlik etdiyi "Bakelektro” MMC adlı şirkət də qeydiyyatdan keçib. 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınan "Göknur Bakı LTD" MMC bugünə kimi "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi və dəyəri milyonlarla ölçülən tenderlərin qalibi olub./yeniavaz.com/



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam