Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İki min manat maaşla milyonluq villa tikdirən məmur işdən çıxarılır? - FOTO

 Fövqaladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsində yoxlamalar aparılır. 
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə yoxlamaya səbəb Maddi Texniki Təchizat İdarəsində böyük yeyintilərin olmasıdır. 
Maddi-Texniki Təchizat İdarəsi Fövqaladə Hallar Nazirliyinin Mərkəzi aparatının və tabeliyində olan qurumların maddi-texniki təchizatını, maddi-texniki vasitələrin saxlanılması və istismarına nəzarəti həyata keçirir. İdarə bu məqsədlə hər il milyonlarla manat həcmində dövlət satınalmaları sifariş edir. 
Qeyd edək ki, Maddi Texniki Təchizat İdarəsinin rəisi Amal Teymurovdur. 
Yerli mediada dərc olunan və təkzib olunmayan məlumatlara görə Amal Teymurov da dəbdəbəli həyat yaşayan məmurlardandır. Aylıq məvacibi 2000 manat civarında olan Amal Teymurovun Bilgəh qəsəbəsində milyon manatdan artıq dəyəri olan malikanəsinin olduğu deyilir. 
Xatırladaq ki, 1984-cü il təvəllüdlü Amal Teymurov uzun illərdir ki, Fövqaladə Hallar Nazirliyinin Maddi Texniki Təchizat İdarəsinin rəisidir.(Qlobal.az) 
Fövqaladə Hallar Nazirliyi xəbərə mövqe bildirmədi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam