Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ETİHİ – Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər-FOTOLAR

featured-image-774255

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə işğaldan azad edilmiş ərazilərimizdə çalışan müəllimlərlə görüşlər keçirib.

Yenixeberorg.biz: Görüşlərdə ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Vüsal Əliyev, həmçinin işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən rayon komitələrinin sədrləri iştirak edib, Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının, eləcə də Elm və Təhsil İşçiləri Həmkarlar İttfiaqları Respublika Komitəsi rəhbərliyinin təbrik və xoş arzularını təhsil işçilərinə çatdırıblar.
Böyük Qayıdışla doğma yurdlarımızda həyat yenidən canlanır, yeni məktəblər qapılarını şagirdlərin üzünə açır, sinif otaqlarında müəllim səsi eşidilir. Bu gün azad torpaqlarda dərs deyən hər bir müəllim həm təhsilin davamlı inkişafına töhfə verir, həm də doğma yurda qayıdışın mənəvi dayaqlarından birinə çevrilir.
Görüşlər zamanı müəllimlərin azad edilmiş ərazilərdə tədris prosesinin təşkili, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, yeni qurulan təhsil mühitinin formalaşması istiqamətində əməyi yüksək qiymətləndirilib.
Doğma Qarabağda və Şərqi Zəngəzurda yeni məktəblərin işığını yandıran, sinif otaqlarına elm, bilik və maarif gətirən müəllimlərimizin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü mübarək olsun!









Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam