Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Priquluda tikilən 5 ulduzlu otelin sahibi kimdir? -FOTOLAR

Priquluda tikilən 5 ulduzlu otelin sahibi kimdir? • Cumhuriyyət

Şamaxı rayonu Priqulu kəndində, rəsədxana yaxınlığında tikilən 5 ulduzlu otellə bağlı qalmaqal yaşanır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə otelin tikintisində iştirak edən fəhlələr onların zəhməthaqqının verilməməsindən şikayətlənir.  Sözügedən tikintidə çalışan Qobustan rayon Bədəlli kənd sakinləri Ağamir Baloğlanov, Fazil Bədəliyev, Cəlal Nuriyev, Qəribağa Baloğlanov, Heybət Hacatov aylarla fasad işləri görsələr də zəhməthaqqılarını almadıqlarını bildiriblər. Fəhlələr onlara 6 min manat borc olduğunu deyir.

Yenixeber.org: Məsələ ilə bağlı redaksiyamıza daxil olan məlumata görə tikintinin iş icraçısı Əliyev Namiq Firudin oğlu fəhlələrlə rəsmi müqavilə bağlamaqdan imtina edib. Özünü Müdafiə Sənayesi Nazirliyinin rəsmisi kimi təqdim edən bu şəxs rəsmi müqavilə olacağı halda vergi ödənəcəyini bildirərək baş vermiş qanun pozuntusunu əhəmiyyətsiz sayıb:”Kimə istəyirsiniz şikayət edin, bu obyekt elə bir adamındır ki, ona heç kim söz deyə bilməz”. Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə qalmaqallı obyekt böyük kapitala sahib bir oliqarxa məxsusdur. Müəyyən dəqiqləşdirmədən sonra şəxs haqqında və bu ərazinin özəlləşdirilməsi, digər mübhəm məqamların Əmlak Komitəsi ilə bağlılığı haqda ətraflı məlumat verəcəyik.(cumhuriyyet.az)

"Nazirliyin əməkdaşıyam... kimə istəyirsiniz şikayə edin!"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam