Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? -VİDEO

bitmap-img6

Bir neçə ay öncə "Elay" şadlıq sarayında qanunsuz tikinti işləri aparılması ilə bağlı İTV kanalında sujet hazırlanmışdı.  Sujetdə bildirilirdi ki, Elay şadlıq sarayına bitişik 4 mərtəbəli obyekt inşa edilib...
 
Yenixeber.org: Azərbaycanda vəzifə başında olan məmurların gəlirli biznes sahələrinə, bahalı obyektlərə, mənzillərə sahib olması artıq adi hala çevrilib. Son illər biznes sahəsi ilə məşğul olan məmurların sayı isə artıb.
Əldə etdiyimiz məlumata görə belə məmurlardan biri də Bakı Şəhər Ticarət və Xidmət Departamenti  direktoru İntiqam Məmmədovdur. Uzun illər dövlətin müxtəlif vəzifələrində çalışan İntiqam Məmmədov özünə ciddi biznes sahələri yaradıb. Əldə etdiyimiz məlumatda bildirilir ki, Bakı şəhəri, Səbail rayonunun 20-ci sahə adlanan ərazisində “Elay” Şadlıq Sarayı İntiqam Məmmədova məxsudur.
Xatırladaq ki, bir neçə ay öncə Elay şadlıq sarayında qanunsuz tikinti işləri aparılması ilə bağlı İTV kanalında sujet hazırlanmışdı. Həmin sujetdə bildirilirdi ki, Elay şadlıq sarayına bitişik 4 mərtəbəli obyekt inşa edilib. Piyada yolunun üstündə tikilən obyekt özbaşına tikilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi açıqlamasında bildirmişdi ki, obyekt qanunsuz inşa edilir və tikinti dayandırılacaq.
Aldığımız məlumata görə İntiqam Məmmədov Elay şadlıq sarayına bitişik tikdirdiyi 4 mərtəbəli obyektin sənədləşdirmə məsələsini artıq həll edib.
Qeyd edək ki, Elay şadlıq sarayı və ona bitişik yeni inşa edilən obyektin hazırkı bazar qiyməti 5 milyon manatdan çox dəyərləndirilir. 
Məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamenti direktoru münasibət bildirmək istəmədi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam