Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Tovuza COP29 YETİŞMƏYİB: Yanıqlı meşəsinin ÜRƏKYANDIRAN HALI... -FOTOLAR+VİDEO

Tovuza COP29 YETİŞMƏYİB: Yanıqlı meşəsinin ÜRƏKYANDIRAN HALI... - FOTO, VİDEO
Tovuz sakini Məmmədov Azər Ağa oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Yenixeber.org: Şikayətçi Yanıqlı meşəsində ağacların kütləvi şəkildə məhv edildiyini bildirir. Onun müraciətini olduğu kimi dərc edirik:
“Mən, Məmmədov Azər Ağa oğlu, diqqətinizə çatdırmaq istəyirəm ki, Tovuz rayonunun Yanıqlı meşəsində ağacları kəsirlər. Bilirsiniz ki, qaz olmayan yerlərdə insanlar oduna möhtac olduğu üçün bəzi ağacların kəsilməsinə rəy verilir. Lakin burada kütləvi şəkildə kəsilən ağaclar mebel istehsalı üçün istifadə olunur.


Qeyd edim ki, burada kəsilən ağaclar kubla deyil, maşınla satılır. Belə ki, bir "QAZ - 66" markalı yük maşınının qiyməti 300-400 manatdır.
Yanıqlı meşəsində mebel istehsalı üçün yararlı ağaclar nömrələnir, təxminən 20 metr hüdürlüyündə kəsilir”.


Yanıqlıdakı “yaşıl soyqırım”la bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, qeyd olunan iddiaları araşdırıb, redaksiyamıza məlumat verəcəklər.
Daha ətraflı aşağıdakı videoda:
(Hurriyyet)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam