Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Son 10 ildə üç təyyarə raketlə vurulub, 500 nəfər ölüb - ARAŞDIRMA

Son 10 ildə üç təyyarə raketlə vurulub,  500 nəfər ölüb - ARAŞDIRMA

Son onilliklərdə aviasiya daha təhlükəsiz hala gəlsə də, yeni ciddi təhlükə yarandı - hava hücumundan müdafiə raketləri. Bunu Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya raketi ilə vurulduğu faciə də təsdiqləyir. “Embraer E190” təyyarəsinin vurulması nəticəsində 67 sərnişindən 38-i həlak oldu.

Yenixeber.org: Bu barədə araşdırmanı “Bild” nəşri aparıb. Qlobal Uçuş Təhlükəsizliyi Fondunun məlumatına görə, 2014-cü ildən bəri üçüncü dəfədir ki, sərnişin təyyarəsi münaqişə zonasında məhv edilir. 500-dən çox insan belə hadisələrin qurbanı olub. Mütəxəssislər qeyd edirlər ki, son illər atəşə məruz qalma riski xeyli artıb.

İlk belə 2014-cü ildə Rusiya tərəfindən törədilib. Rusiya raketi Malayziya Hava Yollarına məxsus “Boeing 777” təyyarəsini Ukraynanın şərqi üzərində vurub, 298 nəfər həlak olub. 2020-ci ildə İranda səhvən buraxılan raket Ukrayna təyyarəsini partlatdı. Nəticədə 176 nəfərin ölümünə səbəb oldu.

Pilotlar da narahatlıqlarını getdikcə daha çox ifadə edirlər. Avropa Pilotlar Assosiasiyasının prezidenti Otjan de Bruijn münaqişə zonaları üzərindən uçmağa məcbur olan ekipajlar arasında artan gərginliyi qeyd edir. Avropa Komissiyasına yazdığı məktubda o, vurğulayıb: “Vəziyyət qeyri-sabitdir, gərginlik yüksəkdir və hücumlar getdikcə daha çətin proqnozlaşdırılır”.(lent.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam