Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Pensiya kapitalının 5 faizi də belə getdi... -Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir?

news content

Pensiya qanunvericiliyinə təklif edilən yeni dəyişikliklərə əsasən, gələn il yanvarın 1-dən məcburi dövlət sosial sığorta haqqından vətəndaşın fərdi şəxsi hesabının sığorta (kapital) hissəsinə yönəldilən vəsaitin həcminin 90 faizdən 85 faizə endirilməsi nəzərdə tutulur.

Yenixeberorg.az: Bu o deməkdir ki, işçinin ödədiyi sosial sığorta haqlarının artıq 90 faizi deyil, yalnız 85 faizi onun fərdi pensiya kapitalına yazılacaq.

Rəsmi açıqlamaya görə, qalan 5 faizlik fərq hesabına sosial sığorta ehtiyatlarının və fondun dayanıqlığının artırılmasına şərait yaradılması hədəflənir. Eyni zamanda, sistemin idarəetmə xərclərinin yuxarı həddinin bir qədər artırılması da təkliflər sırasındadır. Lakin ekspertlər haqlı olaraq sual edirlər: illərlə ağır zəhmətlə yığılan kapitalın hər dəfə müxtəlif bəhanələrlə azaldılması vətəndaşın gələcəkdə əmək pensiyası almaq ümidlərini tamamilə sual altına qoymurmu?

Hər üç nəfərdən biri pensiya hüququndan məhrumdur

Mövcud statistik mənzərə də vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin sentyabr ayında yaşa görə aylıq sosial müavinət alan şəxslərin sayı 179 525 nəfərə çatıb.

Bu isə o deməkdir ki, ölkə üzrə 65 yaşına çatmış vətəndaşların təxminən hər üç nəfərdən biri əmək pensiyası hüququ qazana bilmir və dövlətin təqdim etdiyi baza sosial müavinətlə dolanmaq məcburiyyətində qalır.

Konstitusiya və qanunvericilik hər bir vətəndaşa qocalıqda sosial təminat hüququ versə də, "Əmək pensiyaları haqqında" Qanunun sərt tələbləri hər kəsə bu hüququ reallaşdırmağa imkan vermir. 65 yaş həddinə çatan şəxsin pensiya ala bilməməsinin arxasında əsasən iki əsas maneə dayanır:

Sığorta stajı tələbi: Son illərdə qanunvericilikdə tətbiq edilən sərtləşdirmələrə əsasən, pensiya hüququ qazanmaq üçün tələb olunan minimum sığorta stajı pilləli şəkildə artırılıb. Uzun illər qeyri-rəsmi işləyən, "müqaviləsiz" çalışan və ya evdar qadın statusunda olan şəxslər bu tələbi ödəyə bilmirlər.

Kapitalın çatışmazlığı: Fərdi şəxsi hesabın sığorta hissəsində toplanan vəsait qanunla müəyyən edilmiş minimal pensiya məbləğini təmin etməyə bəs etmədikdə, şəxs avtomatik olaraq əmək pensiyası hüququndan məhrum olur.

"Belə getsə, əmək pensiyası alan qalmayacaq"

Vətəndaşların illərlə ölüm-zülmlə yığdıqları sosial sığorta haqlarının fərdi kapital hissəsindən daha 5 faizin kəsilməsi cəmiyyətdə haqlı narazılıq doğurur. Onsuz da sərt staj tələbləri və aşağı kapital səbəbi ilə minlərlə insanın əmək pensiyasından kənarda qaldığı bir vaxtda, yığım mexanizmlərinin də daraldılması fondun maraqlarının vətəndaşın sosial rifahından üstün tutulduğu təəssüratını yaradır.

Sosial sığorta sistemində islahatlar yalnız vətəndaşın yığımlarının məhdudlaşdırılması üzərində qurulmağa davam edərsə, yaxın gələcəkdə əmək pensiyası almaq hüququ qazananların sayı daha da azalacaq və bu sistem öz funksiyasını, demək olar ki, itirəcək.(Pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam