Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Xaricə çıxarılan pulların bir hissəsi necə geri qaytarılır? - Əməliyyata “Musto” və oğlu rəhbərlik edir -DETALLAR

bitmap-img6

Gürcüstana çıxarılan pullar kriptovlayutaya yatırılaraq Azərbaycan bankına köçürülür və ölkəmizdə nəğdləşdirilir. 
Yenixeberorg.com: Ötən həftə Azərbaycandan gizli yollarla Gürcüstana hər ay külli miqdarda pul daşıyan dəstə barədə oxuculara məlumat vermişdik.
Həmin məlumatda qeyd etmişdik ki, ökədən pul çıxaran dəstə üzvüləri Qazax rayon Birinci Şıxlı kənd sakinləri oğlu Mustafayev Mustafa Abuzər oğlu (Ləqəbi Musto), Süleymanov Aqil Kamandar oğlu, Abdullayev Nicat Elşən oğlu, Şəmmədov Şəmməd Tahir oğlu və Bayram adlı şəxslərdi.
media-777375315_1092947429727603_1030776262689274300_n
Mustafayev Mustafa (Ləqəbi Musto)
Saytımıza verilən məlumatda adı çəkilən şəxslərin və dəstənin digər üzvülərinin mütəmadi olaraq ay ərzində Bakı şəhərindən Şəmkir rayonuna öz şəxsi avtomobillərində bir neçə milyon dollara yaxın vəsait apararaq, tır və avtomobillərə yükləyərək ölkədən gizli şəkildə Gürcüstan Respubilkasına keçirdiklərini bildirmişdik.
Məlumatda pulların Bakı şəhəri Yasamal rayonunda yerləşən “Meyxoş” şərab evi və Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən digər şərab evinə yığıldığı və bu obyektlərdən gizli çıxarılaraq Şəmkir rayonuna aparıldığı qeyd edilir.
Daşıyıcı rolunu oynayan Mustafayev Mustafa Abuzər oğlu (Ləqəbi Musto), Süleymanov Aqil Kamandar oğlu, Abdullayev Nicat Elşən oğlu, Şəmmədov Şəmməd Tahir oğlu, Bayram və dəstənin digər üzvülərinin ölkədən çıxartdıqları pullara görə yaxşı qazanc əldə etdiklərini qeyd etmişdik.
Redaksiyamıza daxil olan digər ilginc məlumatda isə bildirilir ki, yuxarıda adlarını sadaladığımız dəstə tərəfindən ölkədən çıxarılan pullar daha sonra xarici ölkələrdən Azərbaycan banklarına köçürülür və nəğdləşdirilir.
Belə ki, Gürcüstana çıxarılan pullar kriptovlayutaya yatırılır və müxtəlif Avropa ölkələrindən Azərbaycan bankına köçürülərək manata çevrilir və çıxarılır. 
Məlumata görə hazırda Gürcüstana çıxarılan pulların kriptovlayuta vasitəsilə ölkəmizə köçürülərək çıxarılmasına Mustafa Mustafayevin oğlu (Ləqəbi Musto) Amid Mustafayev və dəstəsi məşğul olur. Amid Mustafayev əlaqələri vasitəsilə müxtəlif şəxslər tapir və onların adına xarci ölkələrdən 100-150 min manat arası pulların köçürülməsini təşkil edir. Adına 100-150 min pul köçürülən şəxsə isə 100-200 manat arası “zəhmət haqqı” verilir.
media-785034968_2240920256702134_3727795736572470058_n
Amid Mustafayev
Mənbəmiz qeyd edir ki, Amid Mustafayev ay ərzində 10-dan çox şəxsin adına 100-150 min manat arası pul çıxardır. Amid Mustafayevin adına pul çıxartdığı sonuncu şəxslərin adları Abdıyev Şamxal Füzuli oğlu, Məmmədov Tacəddin Taleh oğlu və soyadını dəqiqləşdirmədiyimiz İlqar adlı şəxsdir.
media-782123876_27926442687048557_6756920484008693346_n
Şamxal Abdıyev
 media-780301077_4477087795878483_7962892227689159357_n
Tacəddin Məmmədov
Saytımıza banklardan pul çıxarılma əməliyyatlarında iştirak digər şəxslərin adlarıda mövcuddur. Bu şəxslər barədə dəqiqləşdirmə apardıqdan sonra kimliklərini oxucularımıza təqdim edəcəyik.
Onuda qeyd edək ki, xaricdən göndərilən və Bakıda banklardan pul çıxarılmasında iştirak edən Şamxal Abdıyev Yasamal rayonunda fəaliyyət göstərən “Meyxoş” şərab evinin işçisidir. “Meyxoş” şərab evinin sahibi Qərib Mustafayev isə Mustafa Mustafayevin (Musto) qardaşıdır.
media-775543974_1574562714460692_1918463325814933562_n
Digər bir ilginc məlumat isə 23 iyul 2026-ci il tarixində paytaxtın Nəsimi rayonu ərazisində baş vermis 200 min manatlıq soyğunçuluq hadisəsidir. Törədilmiş soyğunçuluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən açılıb və cinayət əməlini törədən şəxslər, əvvəllər məhkum olunmuş Elxan Alxanov, Əşrəf Alxanlı, Musa Məmiyev və Bəxtiyar Xudiyev saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş şəxslə birlikdə bankların birindən pul çıxarmağa gələn Bəxtiyar Xudiyev sonradan onun üzərində külli miqdarda pul olduğunu digər dəstə üzvlərinə xəbər verib. Bundan sonra onlar zərərçəkmişə yaxınlaşaraq içərisində 200 min manat olan çantanı ələ keçirib hadisə yerindən uzaqlaşıblar.
Mənbəmiz bildirir ki, 200 min manatı oğurlayan Bəxtiyar Xudiyev Amid Mustafayevin adamı imiş və bankdan çıxarılan həmin vəsaitdə xaricdən köçürülbümüş. Bildirilir ki, Bəxtiyar Xuduyev və digər məhkum dostlarının adına bir neçə dəfə pullar köçürülüb və çıxarılıb.
Əldə etdiyimiz məlumatda qeyd edilir ki, Mustafa Mustafayevin (Musto) dəstəsinin Gürcüstana gizli yollarla çıxartdıqları pulların böyük hissəsinin bəzi iş adamlarına məxsusdur.
Mustafa Mustafayevə yaxın olan iş adamlarından birinin Elman Abdıyev adlı şəxs olduğu bildirilir.
Bu barədə araşdırmamız davam edir.
Bizi izləməkdə davam edin…(Azfakt.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam