Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İcra başçısından Bəylər Əyyubova şikayət

 

Xeberinfo.com:   Gəncə şəhəri, Dədə Qorqud küçəsi 36 ünvanında yerləşən obyekti özbaşına sökülmüş Nahib Hüseynovun başına gətirilənlər barədə “Azadlıq”ın ötən saylarında materiallar dərc etmişik. Bir il əvvəl – ötən il avqustun 17-də ticarət obyektinin icra hakimiyyəti tərəfindən söküldüyünü deyən  şikayətçi bu günə qədər ona verilən bütün vədlərin nəticəsiz qaldığını deyir:

“Icra başçısı mənə 120 kvadrat metr torpaq sahəsi ayrılacağı və üzərində ticarət obyektinin tikiləcəyi barədə zəmanət məktubu verib. Obyektin bütün avadanlıqlarıyla birlikdə keçən il təhvil veriləcəyi deyilirdi. Lakin bu günə qədər heç bir iş görülməyib. Hazırda heç bir yerdə işləmirəm,  ailə-uşağımı dolandıra bilmirəm. Övladlarımın üzünə baxa bilmirəm. Lakin övladlarım öz vəzifələrini çox yüksək səviyyədə yerinə yetirirlər. Qızım TQDK-nın keçirdiyi qəbul imtahanında 669 bal, oğlum isə 645 bal toplayıb. Övladlarım intellektual bilik yarışları və olimpiadaların qalibi olublar. Bu cür istedadlı və savadlı uşaqlara dövlətin biganə qalması çox təəccüblüdür.

Bilirik ki, icra başçısı Elmar Vəliyevin himayəçisi Bəylər Əyyubovdur. Ondan xahiş edirik, ona havadarlıq etməsin və bizim üzləşdiyimiz ədalətsizliyə son qoyulsun”.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam