Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Osmantəpə” kurqanlarında qızıl axtaranlar kimdir? -ARAŞDIRMA

Xeberinfo.com:   Xatırlayırsınızsa, 2 aprel döyüşlərindən sonra Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən Osmantəpə kurqanlarında qanunsuz qazıntı işləri aparıldığı ortaya çıxmışdı. Az sonra Qızıl kurqan ərazisində qızıl axtarmaq məqsədi ilə qanunsuz şəkildə tarixi abidələri dağıdan şəxslərin kimliyi haqqında da məlumat verilmişdi. Mətbuat qanunsuz qazıntılara görə Goranboy rayon İcra Hakimiyyətinin 2 əməkdaşının və daha bir neçə vəzifəli şəxsin həbs olunduğunu yazmışdı.

Yaxın günlərdə kurqanların əhatə olunduğu ərazidə yenidən qazıntı aparıldığı haqda xəbər yayılıb. Xəbərə görə bu barədə abidəni mühafizə edən şəxs rayon polis şöbəsinə xəbər verib. Səlahiyyətli orqanlar tərəfindən əraziyə baxış keçirildikdən sonra orda həqiqətən qazıntı işlərinin aparıldığı təsdiqlənib. Rəsmi mənbələrə görə, rayon polis şöbəsi tərəfindən kurqanda qazıntı işləri aparan şəxslərin kimliyinin müəyyən edilməsi üçün araşdırma aparılır, eyni zamanda kurqan mühafizəyə götürülüb.

Bu gün Goranboy rayonundan olan bir ziyalı müraciət edərək, məsələni diqqətdə saxlamağı xahiş edib. Həqiqətən, çox maraqlıdır, bu ərazidə qızıl axtaranlar kimlərdir və səlahiyyətli orqanlar niyə bu məsələyə birdəfəlik nöqtə qoya bilmir?

azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam