Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Qaz sayğacları kütləvi şəkildə bloklanır?- Açıqlama

 

Yenixeber.org: Son vaxtlar “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonentlərin qaz sayğaclarına blok qoyulma halları kütləviləşib. Bununla bağlı redaksiyamıza sakinlər tərəfindən müraciətlər olur. Onlar bildirirlər ki, sayğacla bağlı problemi həll etmək üçün “Azəriqaz” İB-ə və “Asan Xidmət”ə müraciət etməli olurlar. Sakinlərin sözlərinə görə, qaz sayğaclarına kütləvi şəkildə blok qoyulması ilə əlaqədar uzun növbələrdə gözləməli olurlar.

Problemi aydınlaşdırmaq üçün “Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxladıq. “Azəriqaz” rəsmisi virtualaz.org-a sayğacların bloklanmasının kütləvi şəkildə baş vermədiyini bildirdi.

Onun sözlərinə görə, qaz təchizatı dayandırılan abonentlər müqavilənin təzələnməyənlərdir: “Qaz sayğaclarının kütləvi şəkildə bloklanması halı yoxdur. “Azəriqaz”la istehlakçılar arasında ildə bir dəfə yerində alqı-satqlı müqaviləsi bağlanır. Bəzən olur ki, əməkdaşlarımız bu müqaviləni təzələmək üçün dəfələrlə abonentlərin evlərinə gəlirlər, amma onlar mənzildə olmurlar. Bu zaman onların mənzilinə bildiriş-xəbərdarlıq göndərilir. Onlara göstərilən müddətə qədər müqaviləni təzələmək tələbi qoyulur. Əgər buna əməl etmirlərsə, həmin abonentlərin qaz təchizatı dayandırılır”, - deyə İ. Kərbalayev bildirir.

“Azəriqaz” rəsmisi deyir ki, sayğacına blok qoyulan abonentlər “ASAN Xidmət” mərkəzinə gəlməlidirlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam