Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Gəncə Dövlət Universitetində rəzalət!

                             

 

        Klassiklərimizə qarşı təsəvvürolunmaz ayrı-seçkilik olub

 

     "Xeberinfo.com”: Gəncə Dövlət Universitetinin Filologiya Fakültəsində klassiklərimizə qarşı hörmətsizlik olunub. Özünü kimlərəsə arzu etdiyi kimi təqdim etmək istəyən universitetin rəhbərliyi “qaş düzəltdiyi yerdə göz çıxarıb”.

Belə ki, Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində Mir Cəlal Paşayevin portreti sıradakı digər dahilərdən fərqləndirilərək, üstündə Şəxsiyyət sözü yazılıb. M. C. Paşayev doğurdan da dahi şəxsiyyətdir, böyük yazar olub. Bu millətin “xalçasını itə atıb, yada satmayan” qədər. Buna kimsə şübhə edə bilməz.

Amma universitet rəhbərliyinin Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, kimi dahilərimizin yer aldığı sırada bunca ayrı-seçkiliyinə ad vermək çətindir. Dünyanı çıraq-çıraq gəzsək də dahi Nizami Gəncəvidən, Məhəmməd Füzulidən, Məhsəti Gəncəvidən, Mir Cəlal Paşayevdən tapa bilmərik. Görünür Gəncə Dövlət Universitetinin rəhbərliyi bunu ya bilmir, ya da ...

   

   Başa düşürük, amma unutmayın ki, hər şeyin bir çərçivəsi var.

 

 

   Azər Allahverdiyev

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam