Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bu ağır xəstəlikdən qorunmaq üçün çaya 1 çimdik darçın əlavə edin

 

İldən ilə dünyada şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların sayı artır


1-ci tip şəkərli diabet anadangəlmə xəstəlikdir, lakin 2-ci tip şəkərli diabet insanın həyatı boyu inkişaf edə bilər. 2-ci tip şəkərli diabetin inkişafından heç kim sığortalanmayıb. Şəkərli diabet çox ağır, müxtəlif ağırlaşmalar verən, insanın həyatını qısaldan xroniki xəstəlikdir. Bu səbəbdən şəkərli diabetin profilaktikası hər birimiz üçün həyati vacibdir.
Alimlər araşdırmalar zamanı aşkar ediblər ki, darçın qanda şəkərin tənzimlənməsinə kömək edir. Mütəxəssislər şəkərli diabetdən əziyyət çəkən insanlara hər səhər çay içəndə fincana 1 çimdik darçın əlavə etməyi tövsiyə edirlər.  Eksperimentlər göstərib ki, bu sadə qayda şəkərin səviyyəsinə daha yaxşı nəzarət etməyə kömək edir.
Yenixeber.org:  Mütəxəssislər darçını şəkərli diabetin profilaktikası üçün də çox effektli vasitə hesab edir. Bu xəstəliyin inkişafının qarşısını almaq məqsədi ilə hər səhər çaya az miqdarda darçın əlavə edin.
Darçının bir çox digər faydalı xüsusiyyətləri də var. Bu ədviyyat arıqlamağa kömək edir, xərçəng əleyhinə təsirə malikdir, orqanizmdə iltihabları azaldır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam