Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

RUS HƏRBİ KƏŞFİYYATININ BÖYÜK İFŞASI –“Boşirov” əslində Çepiqa imiş! (Fotolar)

700bo

 Rusiya KİV-lərinin verdiyi xəbərə görə, Skripalların zəhərlənməsində şübhəli bilinənlərdən birinin – Ruslan Boşirovun adı-soyadı əslində, Anatoli Çepiqa imiş.

Yenixeber.org: «Dojd» telekanalının məlumatına görə, birgə araşdırmaların nəticələrinə əsasən, «Bellingcat» və «The Insider» nəşrlərinin ekspertləri bu qənaətə gəliblər. Onların məlumatına görə, Çepiqa – Rusiya silahlı qüvvələri Baş Kəşfiyyat İdarəsinin (BKİ) polkovniki və «Rusiya qəhrəmanı»dır.

Materialın müəllifləri təsdiqləyirlər ki, Boşirovu hərbi kəşfiyyat əməkdaşları hazırlayan hərbi məktəblərin məzunları sırasında axtarıblar – 2001-2003-cü illərin məzunlarının fotolarına baxıblar. Nəticədə, Uzaq Şərq ümumqoşun komandirləri məktəbinin (UŞÜKM) «Boşirov»a oxşayan kursantlarının Çeçenistanda çəkilmiş fotolarını tapıblar. Fotodakı – Anatoli Çepiqadır.

47_main

Jurnalistlər 2014-cü il üçün «Rusiya pasportu» sistemindən Çepiqanın şəkili olan çıxarışı tapıblar. Sənədə əsasən, o, 1979-cu il mayın 5-də anadan olub, sözügedən hərbi məktəbi əla qiymətlərlə bitirib və sonra BKİ-nin 14-cü xüsusi təyinatlı briqadasının ikinci çeçen müharibəsində iştirak etmiş bölməsində qulluq keçib. 2014-cü ilin dekabrında Prezident Vladimir Putin Çepiqanı «Rusiya qəhrəmanı» fəxri adı ilə təltif edib.

Bu barədə bu gün «The Daily Telegraph» nəşri də yazıb.

_103591132_3b

Bundan əvvəl, London Skripalların zəhərlənməsində şübhəli bilinənlərin – Aleksandr Petrovun və Ruslan Boşirovun adlarını açıqlayıb və bildirib ki, onların ikisi də BKİ-nin zabitləridir, adları isə uydurulmuşdur. Ardınca, KİV-də onların aeroportda, vağzalda və Solsberinin küçələrində çəkilmiş fotoları dərc olunub.(azpolitika)

Vaqif


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam