Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Varlı dilənçilər siyahısına yeni biri əlavə olundu- şok faktlar

Lətifə İ. haqqında araşdırma aparılıb.

 

Yenixeber.org: Türkiyənin İstanbul şəhərində xəstəxana ətrafında dilənçilik edən bir qadın haqqında maraqlı faktlar aşkarlanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sultanqazidə bələdiyyə məmurları vətəndaşların duyğularını istismar edərək haqsız qazanc əldə edən dilənçilərlə bağlı yoxlama aparıb.

Özəl xəstəxana ətrafında dilənçilik edən qadın haqqında tez-tez şikayət alan məmurlar həmin yerə gedib.

Sivil kimi xəstəxanaya gedən məmurlar yaşlı qadını dilənərkən tutub.

Üstündən 110 lirə çıxan Lətifə İ. haqqında araşdırma aparılarkən maraqlı faktlar ortalığa çıxıb.

Qadının üstündən çıxan bank hesabına aid sənədlərdə hesabında 43 min 539 lirə nəğd pulu, qollarında da təxminən 40 min lirə dəyərində çox sayda qızıl burma bilərzik olduğu görülüb.

Yaşlı qadının oğluna aid 3 mərtəbəli binada yaşadığı, maddi cəhətdən vəziyyətinin yaxşı olduğu məlum olub.

Bələdiyyə məmurları qadına pul cəzası verib, üstündən çıxan 110 lirəni isə müsadirə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam