Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Eldar Mahmudov Gülər Əhmədovanı uşaqları ilə şantaj edib – Detallar açıqlanır

 

Eldar Mahmudov Gülər Əhmədovanı uşaqları ilə şantaj edib –

Keçmiş millət vəkili Gülər Əhmədova “mandat alveri” qalmaqlından və həbs edilməsinin səbəbləri barədə maraqlı açıqlamalar verib. 

“Hamı çox gözəl bilir ki, iki siyasi qüvvənin bir-birinə qarşı oynadığı bir oyun var idi. Məni orada alət eləmək istədilər.  O da düzgün hesablanmamışdı. Adətən hesab edirlər ki, qadınlar zəifdirlər, onlara qarşı təzyiq vasitəsilə nəyisə onlardan almaq olar. Mən övladlarımla şantaj olunurdum”, - deyə keçmiş millət vəkili əlavə edib.

O, əvvəlcə konkret hansı siyasi qüvvə, yaxud şəxs tərəfindən şantaj olunduğunu açıqlamayıb. “Konkret siyasi qüvvə var idi, artıq indi yoxdur. Bəlkə də o adamın adını çox rahat çəkmək olar. Amma indi o adam vəzifədə deyil deyə onun adını çəkəndə deyərlər ki, yıxılandan sonra çəkir”, -deyə Gülər Əhmədova bildirib.

Lakin jurnalistin bu barədə təkrar sualından sonra Gülər Əhmədova ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyini nəzərdə tutduğunu deyib.

Xatırladaq ki, “mandat alveri” qalmaqalı zamanı bu məsələnin kökündə keçmiş milli təhülkəsizlik naziri Eldar Mahmudovun hakimiyyətdəki rəqiblərini sıradan çıxarmaq planının dayandığı barədə ehtimallar səsləndirilirdi. Nəhayət, 6 ildən sonra Gülər Əhmədova bu ehtimalları rəsmən təsdiqləyib. Həmçinin bəlli olub ki, Eldar Mahmudov öz niyyətini həyata keçirmək hətta keçmiş millət vəkilini övladları ilə şantaj edirmiş.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam