Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

"Baltika-Bakı" MMC dövlətin tələblərinə məhəl qoymur?

 

Manatın devalvasiyasından sonra Bakıda birsıra məhsulların qiymətlərində kəskin bahalaşma müşahidə edilir.

"Xeberinfo.com":  Məlumata görə, xüsusilə də spirtli içkilərin və tütün məhsullarının qiymətində kəskin bahalaşma müşahidə edilməkdədir. GUNDEMİNFO.AZ-a müraciət edən vətəndaşlar bildirirlər ki, dünən axşam saatlarından etibarən Bakıda marketlərdə satılan «Xırdalan» və «33» markalı pivələrin qiymətlərində kəskin bahalaşma müşahidə edilib. 0.5 litrlik adıçəkilən pivə məhsullarının qiymətində bahalaşma 80 qəpikdən də, yəni təxminən 45-50 faiz bahalaşıb.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi dünəndən etibarən gücləndirilmiş nəzarət sisteminə keçib. Və rəsmi qurumlar açıqlama verərək bildiriblər ki, daxildə istehsal edilən məhsulların qiymətlərində heç bir artım edilə bilməz. Hansı ki, «Xırdalan» pivələrinin istehsalı Azərbaycanın daxilində həyata keçirilir. Və rəsmi informasiyalara əsasən daxildə pivə istehsalı ilə bağlı olaraq xammal kimi i stifadə edilən buğdanın da qiymətində heç bir artım yoxdur.

GUNDEMİNFO.AZ-ın əməkdaşlarının apardıqları araşdırmalar zamanı bəlli olub ki, qiymətlərin artırılmasına səbəb «Baltika-Bakı» MMC-nin satış menecerlərinin tələbi olub. Market sahibləri bildirib ki, adıçəkilən istehsalçı şirkətin menecerləri onlara məhsulları yeni tariflərlə satmağa başlayıblar.

Hər halda «Baltika-Bakı» MMC-nin dövlətin siyasətinə qarşı gedərək qiymətləri heç bir səbəb olmadan artırılması ilə bağlı qarşı tərəfin də ictimayyətə bir açıqlama verəcəyini gözləyirik. Araşdırmalarımız davam edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam