Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Təfəkkür Universiteti də dollara keçdi

 

Bundan sonra təhsil haqları, imtahan üçün yığılan pullar Amerika valyutası ilə alınacaq 

"Xeberinfo.com":  Məlumata görə, Azərbaycanda manatın dəyərdən düşməsi və dolların məzənnəsinin artması bəzi özəl universitetləri də hərəkətə gətirib. JAM.AZ xəbər verir ki, bu hərəkətliliyə səbəb «ziyanla» işləməmək üçün önəyici tədbirlərin görülməsindən ibarətdir. Bu sırada ən «uyanıq» təhsil ocaqlarından biri olan Təfəkkür Universiteti artıq devalivasiyanın vurduğu zərəri aradan qaldırmağa başlayıb. 

Məlumatda deyilir ki, Təfəkkür Universiteti artıq tələbələrinə xəbərdarlıq edib ki, qarşıdakı imtahan sessiyasına ciddi hazırlaşsınlar. Çünki əvvəlki illərdən fərqli olaraq, imtahanlarda pullar dollarla alınacaq. Həmçinin imtahan qiymətləri ötən ilkindən fərqlənəcək. Yəni, artacaq. 

Bundan başqa, tələb olunan təhsil haqlarının da manatla ödənişinə icazə verilmədiyi vurğulanıb. Və bildirilib ki, bu proses də dollarla həyata keçiriləcək.

JAM.AZ-a daxil olan məlumatlarda o da vurğulanır ki, Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyev «tələbə köçürmələr»nə görə validyenlərdən aldığı manatlara görə, ziyana düşüb. Ona görə də, yeni mövsümdən etibarən prosesi dollarla aparmaq qərarına gəlib. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam