Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“İran təhdidini hiss edən hər ölkəyə dəstək verəcəyik”

 

ABŞ-ın xarici işlər naziri Con Kerri Yəməndəki qarşıdurmalara toxunaraq ABŞ-ın Yaxın Şərqdə özünü İran təhdidi altında hiss edən hər ölkəyə dəstək verəcəyini söyləyib. 
 
"Xeberinfo.com":  Kerri İranın husilərə dəstək verdiyini bildirib: “Husilərə edilən yardımın İrandan gəldiyi çox açıqdır. Hər həftə bölgəyə bir neçə təyyarə enir. İran, ABŞ-ın bölgədə qarışıqlıqlar yaşanarkən ya da insanlar açıq bir şəkildə döyüşərkən sakit dayanıb gözləməyəcəyinin fərqində olmalıdır”.
Qeyd edək ki, İran Yəməndə hökumət qüvvələri ilə qarşı-qarşıya gələn üsyançılara dəstək verdiyi barədə ittihamları inkar edib. İran donanma komandiri Habibollah Sayyari 2 İran döyüş gəmisinin Aden Körfəzinə göndərilməsi ilə əlaqədar etdiyi şərhdə bildirmişdi ki, döyüş gəmiləri dəniz yollarını nəzarət etmək məqsədi ilə bölgəyə göndərilib.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam