Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Rusiya ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlıq etməyə hazırdır”

 

"Vaşinqton Rusiyaya təhlükəsizlik sahəsində əməkdaşlıq mexanizmlərinin qurulması ilə bağlı siqnal göndərir. Rəsmi təklif olsa, Moskva bununla razılaşacaq".
"Xeberinfo.com":  APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskvı" və "Qovorit Moskva" radiolarına müsahibəsində deyib.
 
"ABŞ-la problemə gəldikdə isə, bu problemləri danışıqlar vasitəsi ilə həll etmək lazımdır. Amerikalılar boş yerə bizə müxtəlif kanallar vasitəsi ilə təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət mexanizmlərinin qurulması üçün rəsmi və qeyri-rəsmi siqnallar göndərmirlər. Biz ki, bu mexanizmləri dağıtmamışıq. Əgər onlar bu mexanizmlərin qurulmasında maraqlıdırlarsa, onda rəsmən təklif etsinlər. Yəqin ki, biz də razılaşarıq", - deyə Rusiya XİN başçısı bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam