Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Ermənilərin əllərinə silah verənlər bugünkü terrorçuları dəstəkləyənlərdir”

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) başçısı Cəmil Çiçək Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyi – Anıtqəbirdə keçirilən tədbirdə 1915-ci il hadisələri ilə əlaqədar mesajlar verib

 

"Xeberinfo.com":  Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 23 aprel Milli Suverenlik və Uşaq Bayramı ilə bağlı keçirilən tədbirdə çıxış edən TBMM başçısı 1915-ci ildə erməni şəbəkəçilərinin əlinə silah verənlərlə bu gün terrorçulara dəstək verənlərin eyni olduğunu bildirib.
 
“Son günlərdə bəzi şəxslər və parlamentlərin qarayaxma kampaniyasının şahid oluruq. Təktərəfli və tarixi gerçəklərdən uzaq bu qərarlarla bir tələ qurulur. 1915-ci ildə erməni cinayətkar şəbəkələrinin əlinə silah verənlər, onları qan axıtmağa təhrik edənlər ilə hazırda minlərlə vətəndaşımızın qanını axıdan terrorçulara dəstək verənlər eyni ünvanlardır”, - Cəmil Çiçək deyib.
 
Türkiyənin 40 ildir davam edən qanlı terror aktları ilə çox şey itirdiyini deyən TBMM başçısı “soyqırım” yalanı ilə yeni bir hücumun başlandığını vurğulayıb: “Bu qərarları qəbul edənlərin əlləri çirkli və qanlıdır. Bu qanı və çirki bizim üzərimizdə təmizləməyə çalışırlar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam