Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rusiyalı hakerlər Obamanın məktublarını ələ keçiriblər

 

Rusiyalı hakerlərin Ağ Evin kompüter sisteminə müdaxiləsinin nəticələri gözləniləndən də artıq ciddi qiymətləndirilməlidir.
"Xeberinfo.com":  Virtualaz.org saytı xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times” qəzetinin yazdığı məqalədə bildirilir.
Qəzet insidenti araşdıran yüksək rütbəli amerikalı məmurlara istinadən bildirir ki, təhqiqatçılar rusiyalı hakerlərin prezident Barak Obamanın görüşlərinin qrafiki barədə məlumatları ələ keçirməsi faktı artıq təsdiqini tapıb. Bundan başqa, hakerlər B.Obamanın elektron poçtuna da çıxış əldə edib, prezidentə gələn və onun tərəfindən göndərilən məlumat və məktubları oxuya biliblər.
Amma hakerlər xüsusi qorunan və B.Obamanın şəxsi “BlackBerry” smartfonunun məlumatlarının trafikini idarə edən serverləri sındıra bilməyiblər. Bu smartfon daim ya B.Obamanın özündə, ya da köməkçisində olur.
Bununla belə hakerlər Ağ Evdə çalışan məmurların elektron poçtunun arxivinə giriş əldə edə biliblər. Onlar B.Obamanın müntəzəm olaraq yazışdığı digər şəxslərin də məlumatlarını oxumağa nail olub, bununla da prezidentə aid xeyli informasiyanı ələ keçiriblər.
Ağ Evdən isə əmin edirlər ki, hakerlər amerikalı məmurların ciddi qorunan hökumət şəbəkəsi vasitəsilə paylaşdığı məlumatlara çıxış tapa bilməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam