Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Ermənistan danışıqlarda etibarlı tərəfdaş deyil”

 

ABŞ-ın erməni diasporuna görə Ermənistan Amerikanın gündəliyində qalmaqda davam edir

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə ABŞ Atlantika Şurasının böyük elmi əməkdaşı, ekspert Sabina Freyzer mətbuat konfransında Vaşinqtonun Güney Qafqazda, xüsusən də Ermənistanda rolu və hədəfləri haqda danışarkən bildirib. 
Erməni jurnalistin “Bu hədəflər Ermənistan Avrasiya Birliyinə qoşulduqdan sonra nə dərəcədə dəyişib” sualını cavablandıran Freyzer deyib ki, ABŞ regionda güclü təzyiq üsullarından istifadə eləmir. 
“Birləşmiş Ştatlar bu regiona əsasən Orta Asiya-Əfqanıstana tranzit məntəqəsi və enerjidaşıyıcıların Avropaya nəqli, habelə traffikinqə nəzarət bölgəsi kimi baxır. Biz Avropa Birliyi kimi “Şərq tərəfdaşlığı”na bənzər proqram həyata keçirmirik” – bildirib ekspert. 
Freyzer Ermənistanın Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı danışıqları sona çatdırmaqda ikən qəflətən Avrasiya Birliyinə qoşulmaq qərarı verməsinin Qərbdə məyusluq yaratdığını da söyləyib: “Yəqin ki, bu qərar bir gecənin içində qəbul edilib. Əlbəttə ki, Rusiyanın maraqlarını nəzərə almaq lazımdır. Ancaq Avropa Birliyi ilə saziş imzalamaq ərəfəsində kursun qəfildən dəyişdirilməsi Ermənistanın etibarlı tərəfdaş kimi mövqeyini zəiflətdi” - əlavə edib Sabina Freyzer. 
Xatırladaq ki, yanvarın 2-dən Ermənistan Avrasiya Birliyinin tamhüquqlu üzvüdür. (musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam