Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Bir millət, iki dövlət deyə birləşib, qucaqlaşırıq"

 

Davudoğlu: “İnşallah hazırlıqlar bitəndə viza və pasportlara ehtiyac qalmaz”
“Bakı Tiflis Qars bu il xidmətə başlayacaq”. 

"Xeberinfo.com":  Anspress-in məlumatına görə, bunu ötən gün Iğdırda keçirilən mitinqdə çıxış edən Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
Davudoğlu Türkiyənin yüksələn bir güc olduğunu da qeyd edib. Onun sözlərinə görə, dəmir yolunun tamamlanmasından sonra qardaş Azərbaycana daha rahata gediş-gəliş mümkün olacaq.
O, Dilucu sərhəd-keçid qapısının yeniləndiyini deyib: “Gürcüstana şəxsiyyət vəsiqəsi ilə keçirik. Azərbaycanla da bunu istəyirik. Türkiyə olaraq azərbaycanlılar üçün vizanı aradan qaldırdıq. İnşallah Azərbaycan da hazırlıqlarını tamamladığı zaman viza və pasportlara da ehtiyac qalmaz. Bir millət, iki dövlət deyə birləşib, qucaqlaşırıq.
Biz Azərbayacana bunu təklif etdik. Nə zaman hazır olsalar başımız üzərində yerləri var. Bütün azərbaycanlılar üçün Türkiyə ana vətənidir. Bizim üçün də Qafqaz dağları və Azərbaycan öz vətənimizdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam