Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rusiyadan Türkiyəyə nota

 

Rusiyanın Ankaradakı səfirliyi rusiyalı tələbə Məryəm İsmayılovanın itkin düşməsi ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə nota təqdim edib.

 

"Xeberinfo.com":   Tələbə qızın İŞİD terror qruplaşmasının silahlılarına qoşulmaq məqsədilə Türkiyəyə getdiyi ehtimal olunur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya səfirliyinin mətbuat attaşesi İqor Mityakov bildirib.

Onun sözlərinə görə, Türkiyə XİN-i İsmayılovanın Türkiyə ərazisinə daxil olması ilə bağlı hələlik heç bir məlumat təqdim etməyib.

Səfirlikdə Məryəmin atası Mənsur İsmayılovun Ankaraya gəlməsi barədə məlumatı təsdiqləməyiblər: “Mənsur İsmayılovun Ankarada olması barədə bizdə heç bir məlumat yoxdur. O səfirliyə müraciət etməyib”.

Qeyd edək ki, Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının tələbəsi Məryəm İsmayılova iyunun 12-də itkin düşüb. Qohumların məlumatına görə, Məryəm xəlvəti xarici pasport alaraq təyyarə ilə Şeremetyevodan Türkiyəyə uçub. Qohumlar Məryəmin İŞİD terror qruplaşmasına qoşulmaq niyyətində olmasından ehtiyatlanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam