Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Ollandın ideyasını zərərli sayırıq“

bitmap-img6

 

“Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun məhdudlaşdırılması ideyaları ilə razılaşa bilmir”

 

"Xeberinfo.com":  APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov çıxış edib.

 
O bildirib ki, BMT sistemindəki süni məhdudiyyətlər dünyada gərginliyin artmasına gətirib çıxara bilər.
 
“Veto hüququ imtiyaz deyil, qəbul olunan qərarların balanslaşdırılmasının təminatıdır. Biz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun məhdudlaşdırılması ilə bağlı ideyaları zərərli sayırıq. Daimi üzvlərin nizamnamə səlahiyyətlərinin qorunub saxlanılmasına tərəfdarıq, cünki veto hüququnu hansısa üstünlük kimi deyil, böyük məsuliyyət kimi nəzərdən keçiririk”, - deyə o vurğulayıb.
 
Qeyd edək ki, insan haqlarının kobud pozulması, soyqırımı və digər hallarda BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun könüllü şəkildə məhdudlaşdırılması təşəbbüsü ilə Fransa prezidenti Fransua Olland çıxış edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam