Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Rusiya buna cavab verməlidir”

 

Ukrayna prezidenti Qərbi rəsmi Moskvaya qarşı yeni sanksiyalar qəbul etməyə çağırıb.
"Xeberinfo.com":   ABŞ Konqresinin üzvləri ilə Kiyevdə keçirilən görüşdə Ukrayna prezidenti Pyotr Poroşenko Minsk razılaşmasının pozulacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməyə çağırıb. ANS PRESS-in mlumatına görə, bu barədə ölkə başçısının saytında xəbər yerləşdirilib.

“Söhbət sanksiyaların yeni dalğasından, yaxşı koordinasiya edilmiş addımlardan gedir. Rusiya ukraynalıların öldürülməsi və Ukraynanın isğalına görə cavab verməlidir”, Poroşenko deyib.
Ukrayna prezidenti Amerika Birləşmiş Ştatlarına hərbi, hərbi-texniki, maliyyə və mənəvi dəstəyə görə öz təşəkkürünü bildirib.
Poroşenko Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Helsinkidə keçiriləcək iclasında iştirak edəcək ABŞ Konqresi nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Bir az əvvəl məlum olub ki, Finlandiya, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin və bir neçə deputatın ölkəyə girişinə qadağa qoyub. Buna etiraz olaraq Rusiya nümayəndə heyətinin bütün üzvləri iclasda iştirakdan imtina edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam