Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Həsən Ruhani:"İranda kürdcə yeni nəşr də fəaliyyətə başlayacaq"

 

İran prezidenti Həsən Ruhani ölkəsində kürd dili, ədəbiyyatı və mədəniyyətini gücləndirmək məqsədi ilə bu ilin sentyabrından etibarən Kürdüstan Universitetində kürdcə tədrisə başlanılacağını bəyan edib.

 "Xeberinfo.com":   Məlumata görə, İran prezidentinin bu bəyanatı qonşu Türkiyədə birmənalı qarşılanmayıb.

 

Prezident Həsən Ruhani İranın Kürdüstan əyalətinin mərkəzində təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı onu da bildirib ki, kürdlərin mədəniyyətinin qorunması üçün atılan bu ilkin addım gələcəkdə yenə davam etdiriləcək: “Yaxın zamanlarda İranda kürdcə yeni nəşr də fəaliyyətə başlayacaq. Bu nəşr İranda kürdlərin mədəniyyətinin qorunmasının bariz nümunəsidir”.

 

Xatırladaq ki, İran Konstitusiyasının tələblərinə görə, ölkənin rəsmi dövlət dili farscadır. Bununla yanaşı, İranda digər yerli dillərdə də tədris və danışmaq sərbəstdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam