Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Çin İranı silahlandırır

 

Bunun müqabilində Çin İranın nəhənq neft yataqlarını istismar edəcək
"Xeberinfo.com":   Çin Xalq Respublikası və İran İslam Respublikası Pekin istehsalı olan J-10 qırıcı təyyarələrin Tehrana verilməsinə dair sazişin şərtlərini müzakirə edir.
Bu barədə Çinin “Tsankao syaosi” qəzetində dərc edilmiş məqalədə deyilir.
2020-ci ilədək 24 döyüş təyyarəsinin təchiz edilməsi müqabilində Çin İranın nəhəng Azadeqan neft yatağını istismar etmək hüququ qazanacaq.
Qəzet yazır: “Mütəxəssislərin fikrincə, bu cür hərbi müqavilənin dəyəri 1 milyard ABŞ dolları təşkil edir. “Neft müqabilində silah” sövdələşməsi hər iki tərəf üçün faydalıdır, baxmayaraq ki, bu, Birləşmiş Ştatların narazılığına səbəb ola bilər.”
Sovet texnologiyaları əsasında yaradılmış çox hədəfli J-10 markalı qırıcı təyyarələr ilk uçuşunu 2002-ci ildə həyata keçirib. Təyyarənin maksimum uçuş mənzili 2940 kilometr təşkil edir. İslam Respublikası bu cür döyüş qırıcılarını əldə edəcəyi təqdirdə ölkənin Hərbi Hava Qüvvələri İran körfəzinin bütün akvatoriyasına nəzarəti gücləndirəcək.
Bundan əlavə, İsrail ərazisinə aviazərbələr endirərək bazalara qayıtmaq imkanı yaranacaq.

Çin istehsalı olan J-10 qırıcı təyyarə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam